3 aprel 2023-cü tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının yeni təyin olunmuş baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.
Azinformasiya.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Murat Nurleunu Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edən nazir Ceyhun Bayramov, ona gələcək fəaliyyətində uğurlar diləyib.
Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi ilə bağlı əminliyini diqqətə çatdırıb.
Telefon danışığı əsnasında, eyni zamanda Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, eləcə də regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Azinformasiya.az