Stoltenberq: Mən əminəm ki, İsveç də NATO-nun üzvü olacaq

“Mən əminəm ki, İsveç də NATO-nun üzvü olacaq”.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq aprelin 4-də baş tutacaq Alyansın XİN başçılarının iclasından əvvəl keçirdiyi mətbuat konfransında söyləyib.

Baş katib Stoltenberq İsveçin Alyansa üzvlüyünün həm onun, həm də NATO-nun prioriteti olduğunu bildirib: “İsveçin də mümkün olan ən qısa zamanda üzv olması mənim və NATO-nun prioritetidir.”

NATO Baş katibi xatırladıb ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi Alyansın tarixində indiyə qədər ən sürətli prosesdir:

“Biz keçən il Madriddə vacib qərar verdik, bu prosesə başlayaraq bu iki ölkəyə xüsusi status verdik. Bu ölkələr NATO-nun mülki, hərbi təlimlərində iştirak edə bilər. Elə bir təəssürat formalaşmamalıdır ki, İsveç yalnız buraxılıb. İsveç yalnız buraxılmayıb, İsveç NATO-dadır, Alyansa yaxından inteqrasiya olunub”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir