“Siz səfirsiniz. Müraciət edəcəyiniz şəxs prezident olmalıdır”.
Azinformasiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
Ərdoğanın ABŞ-ın Ankaradakı səfiri Ceff Fleykin Cumhuriyet Halk Partisi (CHP) sədri Kemal Kılıçdaroğlu ilə görüşməsinə sərt reaksiya verdiyi bildirilib: “Bu seçkilərdə Amerikaya dərs verməliyik. Co Bayden orada danışır. Onun səfiri burada nə iş görür? Kamalı ziyarət edir. Ayıbdır. Bir az beyninizi işlədin. Siz səfirsiniz. Müraciət edəcəyiniz şəxs prezident olmalıdır”.
Azinformasiya.az