ABŞ Silahlı Qüvvələri Baş Qərargahlar rəisi general Mark Milli deyib ki, Ukrayna bu il bütün Rusiya qüvvələrini öz ərazisindən çıxara bilməyəcək.
Azinformasiya.az xəbər verir ki, bu haqda amerikalı general “Defence One” ilə müsahibəsində danışıb.
“Mən düşünmürəm ki, bu, bu il üçün ola bilər. Prezident Zelenski dəfələrlə açıq şəkildə bəyan edib ki, Ukraynanın məqsədi hər bir rusiyalı hərbçini Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən qovmaqdır və bu, vacib hərbi vəzifədir. Olduqca çətin hərbi tapşırıqdır. Biz hələ də Rusiya tərəfindən işğal olunmuş Ukraynada bir neçə yüz min hərbçinin olduğunu görürük”.
General Ukraynanın öz ərazilərini bu il tam azad edə biləcəyinin qeyri-mümkün olmadığını da bildirib.
“Mən demirəm ki, bunu etmək mümkünsüzdür sadəcə deyirəm ki, bu, çox çətin işdir. Lakin bu, onların məqsədidir və şübhəsiz ki, onların buna haqqı var, bu onların ölkəsidir və ukraynalıların bununla əlaqədar inamı, əhval-ruhiyyəsi güclüdür”, – Mark Malli qeyd edib.
Azinformasiya.az