Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölümlə nəticələnən hadisə olub.
Azinformasiya.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqində baş verib.
Əlverişsiz hava şəraitində səhvən erməni hərbçilər bir-biri ilə atışmaya girib. Nəticədə, hərbi qulluqçu Qraçya Saruxanyan ölüb, daha 1 hərbi qulluqçu isə yaralanıb.
Sözügedən insidentin səbəbləri araşdırılır.
Azinformasiya.az