Ermənistanın baş hərbi müfəttişi istefa verib

Ermənistan Müdafiə Nazirliyi Hərbi nəzarət xidmətinin rəisi Movses Akopyan vəzifəsindən istefa verib.

Azinformasiya.Az “Qraparak”a istinadən xəbər verir ki, bu barədə onun özü məlumat verib.

M.Akopyan bildirib ki, yaxın zamanda keçirəcəyi mətbuat konfransında istefasının səbəbi ilə bağlı açıqlama verəcəyini deyib.

Qeyd edək ki, M.Akopyan 2019-cu il mayın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın sərəncamı ilə baş hərbi müfəttiş təyin edilib. O, bu vəzifəyədək Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub.

M.Akopyan 1965-ci il fevralın 4-də Azərbaycanın Xocavənd rayonunda anadan olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir