İsveç Baş naziri Ulf Kristersson Finlandiyanın NATO-ya üzvlüyünün alyansın bütün üzvləri tərəfindən ratifikasiya edilməsi münasibətilə finlandiyalı həmkarı Sanna Marini və Prezident Sauli Niinistönü təbrik edib.
Azinformasiya.az xəbər verir ki, bu haqda İsveç Baş nazirinin Ofisinin “Twitter” hesabında qeyd olunub.
“İndi bütün NATO ölkələri tərəfindən ratifikasiya olunmuş Finlandiyaya, Prezident Sauli Niinistönü və Baş nazir Sanna Marinə ən səmimi təbriklərimi çatdırıram. NATO və qonşuluğumuz indi daha da güclənir”, – o bildirib.
Qeyd edək ki, keçən ilin mayında İsveç və Finlandiya NATO-ya üzvlük üçün eyni vaxtda müraciət edib. Finlandiyanın üzvlüklə bağlı müraciəti sonuncu iki ölkə Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunsa da, İsveçin NATO-ya üzvlüyü hələ ki bu ölkələr tərəfindən təsdiqlənməyib.
Azinformasiya.az