Ağcabədidə mikroavtobus avtomobillə toqquşub, xəsarət alanlar var

Ağcabədidə sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.

“Mercedes” markalı, 04-BO-112 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu “VAZ -2107” markalı, 10-OF-442 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Qəza zamanı xəsarət alan 2 nəfər Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir