Çin Müdafiə Nazirliyi ABŞ-ı Çinə qarşı təxribata son qoymağa çağırır.
Azinformasiya.az xəbər verir ki, bu haqda Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei açıqlama verib.
Çin Müdafiə Nazirliyi, eyni zamanda mümkün insidentlərə görə, məsuliyyətlə bağlı Vaşinqtona xəbərdarlıq edib: “ABŞ hərbçiləri Cənubi Çin dənizində ölkəmizə qarşı təxribata son qoymalıdırlar, əks halda baş verə biləcək bütün insidentlərə görə məsuliyyət daşıyacaqlar” – Kefei ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin Cənubi Çin dənizində Çinin nəzarətində olan Parasel adaları yaxınlığından keçməsini şərh edib.
“Çin Xalq Azadlıq Ordusu milli suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək, Cənubi Çin dənizində sülh və sabitliyi qətiyyətlə qoruyacaq”, – nazirliyin sözçüsü bildirib.
Azinformasiya.az