Əlixan Smayilov yenidən Qazaxıstanın Baş naziri təyin edilib

Qazaxıstanın Baş naziri postuna yenidən Əlixan Smayilov təyin edilib.

 

Azinformasiya.az Qazaxıstan Prezident Aparatının (Ak Orda) rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bu haqda ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

“Smayilov Əlixan Asxanoviç Qazaxıstan Respublikasının Baş naziri təyin edilsin”, – Prezidentin sərəncamında deyilir.

Qeyd edək ki, Smayilov keçən ilin yanvarından Qazaxıstan hökumətinə rəhbərlik edirdi və dünən onun başçılıq etdiyi Nazirlər Kabineti istefa verib.

Ölkə qanunvericiliyinə əsasən, Qazaxıstan Parlamentinin aşağı palatası (Məclisinin) yeni Baş nazirin təyinatı üçün səsvermə keçirib. İclas zamanı Smayilovun bu vəzifəni icra etməsi üçün 82 nəfər lehinə, 7 nəfər əleyhinə səs verib, 8 nəfər isə bitərəf qalıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir