Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə bu gün şəhərin mikrorayon ərazisində baş verib. 75-BL-777 dövlət nömrə nişanlı “KIA” markalı avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Naxçıvan şəhər sakini Əliyev Çərkəz Əli oğlunu vurub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə çatdırılan yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az