Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var

Göyçay şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Azinformasiya.az xəbər verir ki, Göyçay şəhərinin Heydər Əliyev prospektində “VAZ-2107” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yol kənarında dayanmış “Hyundai” və “VAZ-2104” markalı avtomobillərə çırpılıb. Hadisə zamanı xəsarət alan rayon sakini, 2002-ci il təvəllüdlü Bəkirov Anar Əlikram oğlu və adları hələlik məlum olmayan iki nəfər Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir