İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Azinformasiya.az xəbər verir ki, bu haqda İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter”də bildirib.
Netanyahu İsraildə Azərbaycan səfirliyinin açılması münasibətilə nazir Ceyhun Bayramovu təbrik edib.
Görüş əsnasında regional problemlər müzakirə edilib, ikitərəfli əməkdaşlığı gücləndirmək ilə bağlı razılıq əldə olunub.
Azinformasiya.az