Qaxda yol qəzası baş verib, xəsarət alan var

Qaxda yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun Qax rayonu Güllük kəndi ərazisindən keçən hissəsində baş verib. “Nissan” və “VAZ-21099” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan “VAZ-21099” markalı avtomobilin sərnişini, Qax rayonu Qıpçaq kənd sakini 1979-cu il təvəllüdlü Azər Cavanşir oğlu Davudov Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin avtomobili ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-stabil qiymətləndirilir.

Sözügedən faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir