İran XİN başçısı: Rusiya ilə hərbi əməkdaşlıq 3-cü ölkələrə qarşı yönəlməyib

İranın Rusiya ilə hərbi əməkdaşlığı 3-cü ölkələrə qarşı yönəlməyib.

 

Azinformasiya.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Moskvaya səfəri çərçivəsində İRNA agentliyinə müsahibəsində söyləyib.

Nazir rəsmi Tehranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) göndərilməsi ilə bağlı iddiaları rədd etməsini şərh edərək qeyd edib ki, müdafiə sahəsində ölkələrarası əməkdaşlıq ikitərəfli əlaqələrin gündəmindəki mövzulardan biridir, lakin o, heç bir halda hər hansı 3-cü ölkəyə qarşı istiqamətlənməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir