Qazaxıstan Baş naziri Əlixan Smayilovun başçılıq etdiyi hökumət istefa verib.
Azinformasiya.az xəbər verir ki, bu haqda Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ölkə konstitusiyasına əsasən Nazirlər Kabineti Qazaxıstan Parlamentinin Aşağı Palatası qarşısında öz səlahiyyətlərindən imtina edib və qanunvericiliyə əsasən ölkə prezidenti yeni Baş nazirin namizədliyini Məclisdə baxılması üçün təqdim edəcək.
Qeyd edək ki, yeni Baş nazirin təyinatı ancaq irəli sürülən namizəd deputatlar tərəfindən təsdiqləndikdən sonra həyata keçiriləcək.
Sonrakı addım isə hökumət nümayəndələrinin təyinatı olacaq.
Azinformasiya.az