Abşeronda avtomobil kranla toqquşub, biri uşaq olmaqla iki nəfər həyatını itirib

Abşeronda kranla avtomobil toqquşub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

İsmayıl Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə Ehtiram Fərzalıyevin idarə etdiyi “İVECO” markalı kran avtomobili ilə toqquşub. Nəticədə minik avtomobillində olan 1973-cü il təvəllüdlü Afət Əhmədova və 2017-ci il təvəllüdlü Zəminə Hüseynli dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir