Hamza Yusif Şotlandiyanın birinci naziri seçilib

Hamza Yusif rəsmi olaraq Şotlandiyanın birinci naziri seçilib.

 

Azinformasiya.az xəbər verir ki, Hamza Yusif ötən gün partiya daxilində liderlik yarışında rəqibləri Keyt Forbes və Əş Reqanı məğlub edib.

Bu gün isə Şotlandiya Parlamentində keçirilən səsvermə nəticəsində o, parlament üzvlərinin əksəriyyəti tərəfindən dəstəkləndikdən sonra rəsmi olaraq Şotlandiyanın yeni birinci naziri seçilib.

Hamza Yusif Şotlandiyanın qarşılaşdığı böyük problemləri həll etməkdən heç zaman çəkinməyəcəyini bildirib:

“Mən bütün parlament üzvlərinin fikirlərini diqqətlə dinləyən və hörmət edən bir hökumətə rəhbərlik edəcəyəm”, – yeni birinci nazir vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir