Polşada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən 3 nəfər saxlanılıb.
Azinformasiya.az xəbər verir ki, bu haqda Polşa Baş naziri Ofisinin dövlət katibi, xüsusi xidmət orqanlarının koordinatorunun müavini Stanislav Jarın “Twitter“də paylaşım edib.
“Son günlər ölkənin Daxili Təhlükəsizlik Agentliyi Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən daha üç şəxsi müəyyənləşdirib və onlar saxlanılıb. Rusiya kəşfiyyatının yaratdığı casus şəbəkəsi ilə əlaqədar aparılan istintaq zamanı ümumilikdə 12 nəfər saxlanılıb” – Jarın bildirib.
Azinformasiya.az