Dövlət Departamenti: ABŞ Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə köməyini davam etdirəcək

ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə söyləyib.

Onun sözlərinə əsasən, ABŞ Dövlət katibi də bu barədə dəfələrlə bəyan edib. Belə ki, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün vacibdir.

“Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli, habelə tərəfdaşlarla və həmçinin çoxtərəfli təşkilatlar çərçivəsində müzakirələrə köməyi davam edəcəyik”, – Vedant Patel qeyd edib.

Vedant Patel, ötən gün ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir