Əfqanıstanda XİN binası yaxınlığındakı partlayışda azı 6 nəfər həyatını itirib

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin yaxınlığında törədilən partlayışda azı 6 mülki vətəndaş həyatını itirib.

 

Azinformasiya.az Əfqanıstan mətbuatına istinadən xəbər verir ki, bu haqda Taliban polisi məlumat verib.

Kabildə Taliban polisinin Kabildəki sözçüsü Xalid Zadran bildirib ki, partlayış kamikadzenin vurulmasından sonra baş verib. O, kamikadzenin partlayıcısının partlaması nəticəsində 6 mülki şəxsin həlak olduğunu, 3 Taliban üzvü də daxil olmaqla, bir neçə nəfərin yaralandığını təsdiqləyib. İtaliya QHT-si tərəfindən idarə olunan təcili tibbi yardım xəstəxanası partlayış nəticəsində iki nəfərin həyatını itirdiyini və 12 nəfərin yaralandığını təsdiqləyib. “Bizim Cərrahiyyə Mərkəzimizə biri uşaq daxil olmaqla 12 yaralı pasient və 2 şəxs artıq ölmüş halda qəbul edilib”, – bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir