Luvr muzeyi bu gün səhərdən etibarən fəaliyyətini dayandırıb.
Azinformasiya.az xəbər verir ki, bu haqda muzeyin rəsmi “Twitter“ səhifəsində məlumat verilib.
Bildirilib ki, muzey əməkdaşları Fransa Prezidenti Emmanuel Makronun ölkədə pensiya islahatının həyata keçirilməsi haqda verdiyi qərarın ləğvi tələbi ilə tətilə başlayıblar.
Qeyd edək ki, Fransa hökuməti keçən həftə, parlamentdə səsvermə keçirilmədən, ölkədə pensiya yaşını 62-dən 64-ə qaldırmaq barədə qanun layihəsini qəbul etmək üçün müraciət etdikdən sonra insanlar küçələrə axışıb. Paytaxt Parisdə və başqa şəhərlərdə baş verən etiraz aksiyalarını dağıdan zaman yüzlərlə insan Fransa polisi tərəfindən saxlanılıb.
Azinformasiya.az