Netanyahu məhkəmə islahatlarını dayandıracağını bəyan edib

İsrail Baş naziri Benyamin Netanyahu mübahisəli məhkəmə islahatlarını dayandıracağını bəyan edib.

 

Azinformasiya.az N12-yə istinadən xəbər verir ki, Netanyahu bu haqda koalisiya rəhbərləri ilə görüşündə bildirib.

İsrailin ictimai radiosu “Kan”ın məlumatına əsasən, Benyamin Netanyahunun səhər saat 10-da verdiyi açıqlamada məhkəmə islahatları ilə bağlı qanunvericiliyi dondurduğu ilə bağlı açıqlama edəcəyi gözlənilir. İsrail Prezidenti İsaak Hersoq genişmiqyaslı etirazlardan sonra bazar ertəsi səhər koalisiyanı məhkəmə islahatları ilə bağlı qanunvericiliyi dayandırmağa çağırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir