Qazaxıstanda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Qazaxıstan Məclisinə (parlament) 19 mart tarixində keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Qeyd olunub ki, “Amanat” partiyası seçkilər nəticəsində lider olub və parlamentdə 40 mandat (53.9 faiz) əldə edib.

Yekun nəticələrə görə, “Aul” partiyası 8 mandat (10.9 faiz), “Respublika” – 6 mandat (8.59 faiz) əldə edib və seçkilərdə səs toplamış digər partiyalar parlamentdə müvafiq faiz nisbətində mandat əldə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir