Bakıda kişi döyülüb, ağır xəsarət alıb

Bakıda kişi döyülüb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospekti 13 ünvanının qarşısında baş verib.

1987-ci il təvəllüdlü, Masallı rayonu Şərəfə kənd sakini Abuşov Asif Əlinağı oğlu naməlum şəxs tərəfindən döyülüb və ona ağır xəsarət yetirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir