ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer hesab edir ki, ikinci soyuq müharibə birincidən daha təhlükəli ola bilər.
Azinformasiya.az xəbər verir ki, o, bu haqda şənbə günü axşam İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bildirib.
İkinci soyuq müharibənin potensial olaraq birincidən daha təhlükəli olub-olmaması ilə bağlı suala Kissincer müsbət cavab verib.
Onun fikrincə, bu, ABŞ və Çin arasında başlaya bilər. Kissincer bunu bu ölkələrin müqayisə edilə bilən maliyyə resurslarına malik olması ilə izah edib. O, birinci soyuq müharibə zamanı vəziyyətin belə olmadığını qeyd edib. ABŞ-ın keçmiş dövlət katibi hesab edir ki, “Çinin qərbləşməsini gözləmək” artıq inandırıcı strategiya deyil.
Azinformasiya.az