Cəlilabadda minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət alıb

Cəlilabadda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində baş verib.

Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində xəsarət alan rayon sakinləri 2005-ci il təvəllüdlü Sahil Əhmədov, 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir