Ukrayna ordusu Rusiya PUA-larını məhv edib

Ukrayna hərbi aviasiyası Rusiya ordusunun cəmləşdiyi ərazilərə 11 zərbə endirib.

 

Azinformasiya.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bazar günü, martın 26-da səhər hesabatında bildirib.

Ukrayna hərbçiləri düşmənə məxsus Orlan-10 və Superkam tipli 2 PUA-nı məhv etməyə müvəffəq olub.

“Raket və artilleriya bölmələri öz növbəsində üç komanda məntəqəsini və düşmənin canlı qüvvəsi, silah və hərbi texnikasının cəmləşdiyi beş ərazini vurub”, – məlumatda qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir