Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Quşçu kəndində olub.
Döş qəsəfinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən 1968-ci il təvəllüdlü Səftar Məmmədov əməliyyat edilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
S.Məmmədovun tanışı tərəfindən bıçaqlandığı bildirilir.
Sözügedən faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az