Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan 14 mayda keçiriləcək prezident seçkilərində namizədliyini geri götürüb.
Azinformasiya.az xəbər verir ki, o, bununla bağlı ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla şəxsən razılığa gəldiyini bildirib.
Erbakan partiyasının Cümhur İttifaqına qatıldığını və partiya üzvlərinin seçkilərdə vahid namizəd Rəcəb Tayyib Ərdoğana səs verəcəyini qeyd edib.
Azinformasiya.az