Şamaxıda qəza nəticəsində sərnişin həyatını itirib

Şamaxıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Azinformasiya.az xəbər verir ki, hadisə nəticəsində sürücü 1996-cı il təvəllüdlü Qədirli Elgün Pənah oğlu və sərnişin 1970-ci il təvəllüdlü Əliyev Arif Şəmi oğlu ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Həkimləri səylərinə baxmayaraq, Əliyev Arif Şəmi oğlu xəstəxanada dünyasını dəyişib. Sürücünün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir