Qırğızıstan Prezidenti mayda Çinə səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov may ayında Çin Xalq Respublikasına səfər edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda Çinin Qırğızıstandakı səfiri Du Deven mətbuat konfransında bildirib.

Qırğızıstan dövlət başçısının “Çin-Mərkəzi Asiya” sammitində iştirak edəcəyini qeyd edən səfir hər iki ölkə üçün Japarovun Pekinə səfərinin çox əhəmiyyətli olduğunu və müvafiq hazırlıq tədbirləri həyata keçirildiyini qeyd edib

May ayında keçiriləcək sammitdə region ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılmasının planlaşdırıldığı Du Deven tərəfindən vurğulanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir