Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

 

Azinformasiya.az xəbər verir ki,, gecə saat 2 radələrində Şəki şəhər sakinləri olan 60 yaşlı Rəsul Hacıyev, xanımı 54 yaşlı Xədicə Hacıyeva və nəvələri 13 yaşlı Şəhriyar Məmmədov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Müayinə zamanı onların yaşadığı ünvanda dəm qazından zəhərləndiyi aşkarlanıb. Həkim müdaxiləsindən sonra zərərçəkənlərin vəziyyəti stabilləşib və səhər saatlarında evə buraxılıblar.

Sözügedən faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir