Xaçmazda evdə yanğın baş verib, bir nəfər tüstüdən zəhərlənib

Xaçmazda fərdi evdə yağın baş verib.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 196 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfərin tüstüdən zəhərləndiyi, evin qalan hissəsinin yanğından mühafizə olunduğu, yanğının yanğından mühafizə bölmələri tərəfindən söndürüldüyü bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir