Çexiya Prezidenti: “Çexiyanın Ukraynaya silah vermək üçün imkanları yoxdur”

Çexiya prezidenti Petr Pavel Çexiyanın Ukraynaya silah tədarükü məsələsində ondan asılı olan hər şeyi etdiyini, amma ölkənin artıq bu cür imkanları olmadığını bildirib.

 

Azinformasiya.az xəbər verir ki, Pavel bunu “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində söyləyib.

“Çexiya Ukraynaya silah tədarükündə bacardığı qədər kömək etdi, lakin onun artıq buna imkanı yoxdur”, – deyə o qeyd edib.

Pavel, həmçinin Çexiyanın da işçi qüvvəsi çatışmazlığı səbəbindən sursat istehsalında problemlərlə qarşılaşa biləcəyini əlavə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir