Moldovanın dövlət dili rumın dili olub

Moldova prezidenti Maya Sandu dövlət dilini Moldova dilindən rumın dilinə dəyişdirib.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda o, “Facebook” səhifəsində məlumat yayıb.

Prezident parlamentin qərarını təsdiqləyib.

“Bu gün mən tarixi və danılmaz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hər birimizi birləşdirsin”, – deyə Sandu qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir