Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Azinformasiya.az xəbər verir ki, Naxçıvan şəhərində 3 nömrəli tam orta məktəbinin qarşısında avtomobil yolu keçən qadını vurub.
Xəsarət alan 1979-cu il Naxçıvan şəhər sakini Məmmədova Lamiyə Məhərrəm qızı Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabitdir.
Sözügedən faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az