Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin sayı 13 nəfərə çatıb.
Azinformasiya.az xəbər verir ki, bu haqda “Al Jazeera“ məlumat yayıb.
Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində baş verən zəlzələ nəticəsində azı 9 nəfərin öldüyü bildirilib.
Əfqanıstanın şərqindəki Laqman əyalətində ölənlərin sayı isə dördə çatıb.
Qeyd edək ki, ötən gün baş vermiş yeraltı təkanlar Tacikistan, Qazaxıstan və Özbəkistanda da hiss olunub.
Azinformasiya.az