Bakıda avtomobil mopedlə toqquşub, Pakistan vətəndaşı xəsarət alıb

Bakıda Pakistan vətəndaşı yol qəzasında xəsarət alıb.

 

Azinformasiya.az xəbər verir ki, Xətai rayonu, Lütfizadə və Sarayevo küçələrinin kəsişməsində 2000-ci il təvəllüdlü Səfərli İlkin Elmar oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Pakistan Respublikası vətəndaşı 2002-ci il təvəllüdlü Abdul Vahab Vasifin idarə etdiyi moped toqquşub.

Hadisə nəticəsində Pakistan vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir