Ləkidə avtomobil qəzası baş verib, 5 nəfər xəsarət alıb

Ağdaşın Ləki qəsəbəsində avtomobil qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə nəticəsində bir ailənin 5 üzvü – 2021-ci il təvəllüdlü Məmmədyarova Yağmur Həsrət qızı, 2017-ci il təvəllüdlü Məmmədyarov Oktay Həsrət, 2009-cu il təvəllüdlü İsmiyeva Sevinc Əhməd qızı, 1998-ci il təvəllüdlü Məmmədova Reyhan Süleyman qızı, 1953-cü il təvəllüdlü Məmmədyarova Zemfira Telli qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Vəziyyətləri orta-ağır qiymətdirilən xəsarət alanlar müşahidə altında saxlanılırlar.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir