Gürcüstan Baş naziri İrakli Qaribaşvili ABŞ Dövlət Departamentinin növbəti hesabatının böyük hissəsinin yalan informasiyalara əsaslandığını və hökumət üçün maraqlı olmadığını bəyan edib.
Azinformasiya.az Gürcüstan mediasına istinadən xəbər verir ki, İrakli Qaribaşvili qısa şəkildə hesabatın əsas hissələri ilə tanış olduğunu, sənədin bəzi “elitar QHT-lər”-in təqdim etdiyi qeyri-obyektiv, qərəzli, subyektiv və ədalətsiz rəylərə əsaslandığını bildirib.
Baş nazir hesabatda sadalananların həqiqəti əks etdirmədiyini və buna görə də hesabatın hökumət üçün maraqlı olmadığını qeyd edib: “Dövlət Departamentinin əvvəkki hakimiyyətlə bağlı tənqidi hesabatını xatırlamıram. Həmin hakimiyyət dövründə sistemli korrupsiya, işgəncə, zorlama, qətl, biznesin ələ keçirilməsi halları olub, KİV azadlığı isə mövcud deyil. Gürcüstanda yüzlərlə QHT fəaliyyət göstərir, qeyri-dəqiq informasiya yayırlar. Ancaq buna baxmayaraq, bu gün QHT-lər, KİV-lər tam sərbəst şəkildə fəaliyyət göstərir. Bu, demokratiyanın bir hissəsidir. Biz onların qarşısında bu həqiqəti ortaya qoyuruq”.
Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamentinin 198 ölkədə insan hüquqları ilə bağlı hesabatı yayılıb. Hesabatda Gürcüstana 57 səhifə edilib. Hesabatda iddia olunub ki, hökumət insan hüquqlarının pozulması hallarına qarşı tədbirlər görsə də, ölkədə cəzasızlıq problem olaraq qalır. Sənəddə həbsdə olan Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin durumuna da diqqət çəkilib.
Azinformasiya.az