Sabirabadda inkassatorun vurduğu qız hadisədən 4 gün sonra xəstəxanada dünyasını dəyişib.
Azinformasiya.az xəbər verir ki, martın 17-də 1978-ci il təvəllüdlü Zeynalov Rauf Süleyman oğlu idarə etdiyi inkassator “Ford Transit” markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedçi 1972-ci il təvəllüdlü Əliyev Suliddin Lətif oğlunu vurması nəticəsində velosipedçi hadisə yerində ölüb.
Xəsarətlər alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına daxil olan 2011-ci il təvəllüdlü Əliyeva Zeynəb Suliddin qızı vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən “City Hospital”a köçürülüb.
Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az