Kosta-Rika sahillərində şiddətli zəlzələ baş verib

Kosta-Rika sahillərində 5,5 bal gücündə zəlzələ olub.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti məlumat yayıb.

Təbii fəlakətin episentri 7800 nəfərə yaxın insanın yaşadığı Quepos şəhərindən 11 km cənub-şərqdə və yerin 35 km dərinliyində yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Sunami təhlükəsi barədə açıqlama verilməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir