Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Azinformasiya.az xəbər verir ki, xəbər verir ki, Astara rayonu Artupa kənd sakini, 37 yaşlı Şamxal Şahverdiyev qarət məqsədilə həmkəndlisi 30 yaşlı Alqış Quliyevə yaşadığı evə daxil olub. Həmkəndlisinə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd edən qarətçi bıçaqla evin xanımına yüngül xəsarət yetirərək, boynundakı boyunbağını qırıb və hadisə yerindən qaçıb. Vəziyyəti ağır olan Alqış Quliyev Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyata aparılan Alqış Quliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.
Sözügedən fakta görə Astara Rayon Prokurorluğunda cinayət işi başlanıb.
İbtidai istintaq davam etməkdədir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir