Lavrov: Azərbaycanla Ermənistan arasında sülh sazişinin parametrlərinin razılaşdırılmasına kömək edəcəyik

Bu gün keçirilən danışıqlarda regional təhlükəsizlik məsələlərinə diqqət yetirəcəyik.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan XİN rəhbəri Ararat Mirozyanla keçirdiyi görüşün protokol hissəsində çıxışında bildirib.

O qeyd edib ki, əsas vəzifələrdən biri Laçın dəhlizi ətrafındakı vəziyyətin nizamlanmasıdır: “Ümumilikdə, Qarabağ ətrafındakı vəziyyətin nizamlanmasıdır. Bizdə şübhə yoxdur ki, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli bəyanatları bütün qərarların həll olunması üçün açar olaraq qalır. Biz üçtərəfli bəyanatlarda yazıldığı kimi Cənubi Qafqaz regionunun nəqliyyat kommunikasiyalarının açılmasına, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasına və sülh sazişinin parametrlərinin razılaşdırılmasına kömək etməyə hazır olacağıq”, deyə Rusiya XİN başçısı vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir