Türkiyənin Bolu əyalətinin Mngen rayonunda linyit mədənində baş verən çökmə nəticəsində 7 işçi yüngül xəsarət alıb.
Azinformasiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, Boluda mədəndə kömür hasil edilərkən istehkam sütununun qırılması nəticəsində çökmə baş verib.
Hadisə yerinə xilasedicilər, sağlamlıq və jandarma qrupları sövq edilib.
Üzərilərinə kömür və odun parçaları düşməsi nəticəsində yüngül xəsarət alan və iş yoldaşları tərəfindən karxanadan çıxarılan işçilərə təcili tibbi yardım göstərildikdən sonra Boludakı xəstəxanalara yerləşdiriliblər.
İstehsalın müvəqqəti dayandırıldığı karxanada qəza ilə əlaqədar qrupların araşdırmaları davam etməkdədir.
Azinformasiya.az