İsmayıllıda avtomobilin aşması nəticəsində 2 azyaşlı xəsarət alıb

Dünən gecə saatlarında İsmayıllıda avtomobil qəzası baş verib.

 

Azinformasiya.az xəbər verir ki, İsmayıllı rayonunun Buynuz kənd ərazisində Oğuz rayon Padar kənd sakini 1995-ci il təvəllüdlü Qədirli Cavad Qədir oğlunun idarə etdiyi “Opel” markalı avtomobil aşıb. Avtomobildə olan ailə üzvlərindən 2018-ci il təvəllüdlü Qədirli Arda Cavad oğlu və 2021-ci il təvəllüdlü Qədirli Adəm Cavad oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlk yardım göstərilən azyaşlıların vəziyyəti orta ağır qiymətləndirilir.

Sözügedən faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir