Putin Mariupola işgüzar səfər edib

Rusiya Prezidenti Vladimir Putin Mariupola işgüzar səfərə gedib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putinin şəhərin bir çox obyektlərinə getdiyi, yerli sakinlərlə görüşdüyü, Mariupola helikopterlə getdiyi qeyd olunub.

Səfər əsnasında Baş nazirin müavini Marat Xusnullin şəhərdə və onun ətrafında aparılan tikinti-bərpa işlərinin gediş ilə bağlı Rusiya liderinə ətraflı məlumat verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir