Azərbaycandan ilk dəfə olaraq Slovakiyaya xam neft ixrac olunub

Azərbaycandan ilk dəfə olaraq Slovakiyaya yüngül xam neft ixrac olunur.

Azinformasiya.az xəbər verir ki bu haqda Slovakiya mətbuatı məlumat yayıb.

İlk dəfə olaraq Azərbaycan xam neftinin artıq Bratislavadakı “Slovnaft” Neft Emalı Zavoduna yola salındığı bildirilib.

“Bu, tarixi bir mərhələdir, ona görə ki, bu, neftin müxtəlif növlərinin emalı sahəsində daha çox çeviklik qazanmaq yönündə tamamilə yeni təcrübələr qazanacağımız bir neft növüdür”, – Azərbaycan nefti daşıyan tankerin Xorvatiyanın Omişalj limanına gəlməsi ilə bağlı “Slovnaft”ın icraçı direktoru Marek Senkoviç qeyd edib.

Omişalj terminalına idxal edildikdən sonra 90 min ton Azərbaycan neftinin Adria boru kəməri ilə Bratislava Neft Emalı Zavoduna çatdırılması davam edir. Apreldə Bratislavada Azərbaycan neftinin emalına başlanılacağı bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir