İmişlidə piyadanı öldürən sürücü hadisə yerindən qaçıb

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Azinformasiya.az xəbər verir ki, rayonun Sarıxanlı kəndində 1956-cı il təvəllüdlü Murtuzayev Ziyadxan Həsənbala oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 1973-cü il təvəllüdlü, İmişli rayon Boşçallar kənd sakini Xasayev Fərman Qəhrəman oğlunu vuraq öldürüb.

Hadisə yerindən qaçan sürücü polis əməkdaşları tərəfindən tutulub və cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir